
BAKI, 16 mart. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Marko Rubioya qarşı tətbiq olunan sanksiyaların götürüldüyü barədə yayılan xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zaxarova, bu məlumatların həqiqətə uyğun olmadığını bildirib:
"Bu, feykdir. Hazırda sanksiyalar ləğv edilməyib".
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Rusiyanın Rubioya qarşı tətbiq olunan sanksiyaları götürdüyü və bunun Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi telefon danışığından sonra baş verdiyi iddia edilirdi.
Xatırladaq ki, Marko Rubio 2022-ci ilin may ayında Rusiyanın fərdi sanksiyalar siyahısına daxil edilmiş və onun ölkəyə girişinə qadağa qoyulmuşdu.