
BAKI, 16 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində 220-dən çox hərbçisini və bir tankını itirib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlərdə Ukrayna ordusuna məxsus iki zirehli transportyor, bir döyüş maşını, beş avtomobil, üç artilleriya qurğusu və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsi də zərərsizləşdirilib.
Ümumilikdə, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində döyüşlər başladıqdan bəri 67 850-dən çox hərbçisini, 394 tankını, 317 piyadaların döyüş maşınını, 285 zirehli transportyorunu, 2 200 döyüş maşınını, 2 442 avtomobilini, 558 artilleriya qurğusunu və 52 reaktiv yaylım atəş sistemi buraxılış qurğusunu itirdiyini bildirib.