BAKI, 16 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kursk vilayətinin Sudja şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Strana.ua nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfi əvvəlcə bölgədəki qoşunların mühasirəyə düşdüyünü inkar edib və bunu "yenidən qruplaşma" adlandırıb.

Qeyd edək ki, martın 13-də Rusiya Müdafiə Nazirliyi Sudjanın tam nəzarətə götürüldüyünü açıqlamışdı.