BAKI, 15 mart. TELEQRAF

Almaniyanın keçmiş kansleri Angela Merkel bəzi jurnalistlərin iradlarından sonra ictimaiyyət qarşısında almanca danışıb.

Teleqraf xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşrinə müsahibəsində Merkel özü məlumat verib.

Markel bildirib: “Almaniyanın kansleri olana qədər də ingiliscə danışırdım. Amerikalılar da bunu bəyənirdi. Sonra Amerikada və ya İngiltərədə təhsil alan ağıllı jurnalistlər mənə səhvlərimi bildirdilər. O vaxtdan bəri həmişə ictimai yerlərdə almanca danışıram”.

Qeyd edək 71 yaşlı diplomat 16 il (2005-2021) Almaniyaya rəhbərlik edib. “Forbes”in dəyərləndirməsinə görə, Merkel dünyanın 100 ən nüfuzlu qadını siyahısına dəfələrlə başçılıq edib.