BAKI, 25 iyul. TELEQRAF

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bu ölkədə səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş ilə ölkənin yenidən qurulmasının yeni mərhələsində əməkdaşlığı müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir Dəməşqdəki görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Əsəd əl-Şeybani qeyd edib ki, baş katiblə Suriya ilə Birləşmiş Millətlər Təşkilatı arasında bərpanın yeni mərhələsində əməkdaşlıq imkanları müzakirə edilib.

O bildirib ki, Dəməşqin hazırkı prioriteti bərpa-quruculuq işləridir: "Bu da öz növbəsində bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Biz yardım asılılığından davamlı inkişafa keçməyə imkan verəcək qanunvericilik mühiti yaratmaq üzərində işləyirik. Ümid edirik ki, BMT Suriyada fəal və dəstəkləyici rol oynayacaq".

Quterreş 2009-cu ildən bəri Dəməşqə səfər edən ilk beynəlxalq təşkilat rəhbəridir.