QAX, 25 iyul. TELEQRAF
Qaxda bıçaqlanma hadisəsi olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
36 yaşlı Əmrah Yaqubov aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.