BAKI, 25 iyul. TELEQRAF
İsrail təhlükəsizlik qüvvələri 25 iyul gecəsi İrodan çayının qərb sahilində (Qərbi Şəriə) reydlər zamanı terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 70 fələstinlini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Gecə və bu səhər İsrail Müdafiə Qüvvələri, Sərhəd Polisi və İsrail Təhlükəsizlik Xidməti Yəhudeya və Samariyada genişmiqyaslı anti-terror reydləri keçirərək axtarışda olan 70-dən çox şübhəlini saxlayıb. Bütün şübhəlilər əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, təhlükəsizlik qüvvələri reydlər zamanı təxminən 200 şübhəlini dindirib və 300 yerdə axtarış aparıb. Hərbçilər qeyd ediblər ki, saxlanılanlardan bəziləri radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.
Xatırladaq ki, iyulun 24-də Qərbi Şəriədə İsrail postu yaxınlığında yəhudi köçkünləri ilə qonşu Tel kəndindən olan fələstinlilər arasında toqquşma baş verib. Hadisə nəticəsində iki israilli həlak olub. Ölənlərin hər ikisinin İsrail Müdafiə Qüvvələrinin əsgəri olduğunu bildirib. Antiterror əməliyyatı Havat Gilad postunda hadisədə iştirak edən şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədi ilə başlayıb.