BAKI, 25 iyul. TELEQRAF
Ukrayna ABŞ ilə "Patriot" kompleksləri üçün raketlərin tədarükünün sürətləndirilməsi və hava hücumundan müdafiə avadanlıqlarının birgə istehsalına başlanması ilə bağlı müzakirələr aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretskin jurnalistlərə bildirib.
Baş nazir Sergey Koretski müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmara ilə birlikdə ABŞ-nin "Raytheon" müdafiə şirkətinin quru və havahücumundan müdafiə üzrə vitse-prezidenti, eləcə də "Raytheon Ukrayna" şirkətinin icraçı direktoru ilə görüş keçirib.
Əsas müzakirə mövzusu payız-qış dövrü ərəfəsində Ukrayna səmasının möhkəmləndirilməsi və daxili müdafiə-sənaye kompleksinin imkanlarının genişləndirilməsi olub.
"Qışa qədər "Patriot" sistemlərinə raket tədarükünü artırmaq, onların istehsalını genişləndirmək və Ukrayna müdafiə sənayesini daha da gücləndirmək barədə danışdıq. Məqsədimiz təkcə Ukraynanın ehtiyaclarını ödəmək deyil, həm də Ukraynanın müdafiə imkanlarını qlobal təhlükəsizlik sisteminə inteqrasiya etməkdir", - deyə hökumət başçısı qeyd edib.
Görüş zamanı tərəflər Ukrayna ərazisində silah istehsalının lokallaşdırılması məsələsinə də diqqət yetiriblər .
Koretski vurğulayıb ki, HHM sistemlərinin birgə istehsalına xüsusi diqqət yetirilib. Ukrayna və ABŞ prezidentləri Ankarada keçirilən görüşdə bu istiqaməti müzakirə ediblər. Amerika tərəfi praktik addımlar təklif edib. Ukrayna hökuməti bu işin mümkün qədər tez başlaması üçün lazım olan hər şeyi edəcək.