BAKI, 25 iyul. TELEQRAF
“Bu gün deyərdim ki, çox böyük bir bayramdır. Artıq beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında bu ab-havanı görür, hiss edirik. Buna görə ilk növbədə festivala belə maraq göstərdiyinizə görə sizlərə təşəkkürümü bildirmək istəyirəm. Bu festivalın bir çox məqsədi var”.
Teleqraf xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Göygöldə keçirilən V Milli Yaylaq Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərin qorunması və adət-ənənələrin gənc nəslə aşılanmasıdır:
“Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlara uyğun olaraq ölkədə keçirilən festivallar milli irsin yaşadılmasına xidmət edir. Festivalın təşkilinə görə Göygöl Rayon İcra Hakimiyyətinə, Cavad Xan Fonduna və bütün tərəfdaş qurumlara təşəkkürümü bildirirəm”.