BAKI, 14 fevral. TELEQRAF

"Dünya siyasi yönümündən asılı olmayaraq hamı emissiyaların azaldılmasına və iş yerlərinin artırılmasına tərəfdardır".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” panel müzakirələrində Birləşmiş Krallığın sabiq Baş naziri Boris Conson online çıxışı zamanı bildirib.

“Bu yalnız ətraf mühiti qorumaqla bağlı deyil, həm də yeni enerji formalarının yaradılması ilə daha böyük enerji təhlükəsizliyi təmin edilir və bu, bizi enerji bazarlarının dəyişkənliyinə qarşı qoruyur. Eyni zamanda, bu təşəbbüslər iş yerləri, sərmayə və iqtisadi inkişafı da stimullaşdırır. Bu səbəbdən, milli hökumətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, emissiyaların azaldılması və bununla bağlı fayda əldə edən şirkətlər və ölkələrə dəstək olmaq üçün yaradılan bu təşkilat çox əhəmiyyətlidir. Bütün bu məsələlərdə birlikdə işləmək və birgə həll yolları tapmaq çox vacibdir. Bu, həm bizim, həm də gələcək nəsillərin faydasına olacaq”, - Boris Conson qeyd edib.