​​BAKI, 14 mart. TELEQRAF

"Rusiya iqtisadi baxımdan böyük güc hesab edilə bilməz".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya nizamında orta güclər” panel müzakirələrində Latviya Respublikasının sabiq xarici işlər naziri Artis Pabriks deyib.

Onun sözlərinə görə, amma burada şəxslər onu super güc kimi görürlər.

"Çünki onların nüvə silahı, bombaları var. Rusiya öz qonşusuna ədalətsiz müdaxilə edib və çalışır ki, super gücə çevrilsin. Mənə görə, dünyada iki super gücə malik ölkə var. Bu ABŞ və Çindir. Çünki onlar dünyada yeganə ölkələrdir ki, belə konkret şəraitdə müharibəni dayandıra və bərqərar edə bilərlər. Bunu da ədalətli şəkildə etmək lazımdır", - o əlavə edib.

A.Pabriks qeyd edib ki, kiçik miqyaslı ölkələrin arzusu orta miqyaslı ölkələr kimi hər zaman ədalətdir:

"Belə ölkələr ədaləti ya beynəlxalq təşkilatlarda axtarırlar, ya da kiminsə tərəfdaş olmasını istəyirlər. Bizim narahatlığımız ondan ibarətdir ki, böyük güclər öz güclərindən düzgün istifadə etsinlər".