BAKL, 14 mart. TELEQRAF

"Masa arxasından tapşırıq verməklə problem həll olmayacaq".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülhə gedən yol” panel müzakirələrində Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko bildirib.

"Dondurulmuş Rusiya aktivlərinin Kiyevə verilməsini istəyirik. Putin qələbə qazansa dayanmayacaq. O dayanmasa nəticə daha da ağırlaşacaq və hər birimiz üçün çox ağır vəziyyət yaranacaq. Düşünürük ki, sadəcə təhlükəsizlik zəmanətləri olacağı təqdirdə davamlı sülh əldə etmək olacaq. Başqa cür mümkün deyil. Təsəvvür edin, işğal olunmuş ərazilərdə dərsliklər yandırılır və yerinə rus dilində yazılan kitablar gətirilib. Yüzlərlə uşaq Rusiyaya qaçırılıb. Dünya bunları nəzərə almalıdır. Son olaraq, bizə nə etməli olduğumuzu diqtə etməyə çalışmayın”, - Katerina Yuşşenko vurğulayıb.