BAKI, 9 mart. TELEQRAF

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini və peyk görüntülərinə çıxışı dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın bu qərarı Ukraynanın Rusiya qoşunlarının hərəkətlərini izləməsini və hücumları planlaşdırmasını çətinləşdirir.

Ukrayna parlamentinin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Sergey Raxmanin bildirib ki, ABŞ-nin bu addımı ölkənin raket hücumlarından müdafiəsini zəiflədə bilər.

Həftənin əvvəlində ABŞ rəsmiləri Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin rəsmi olaraq dayandırıldığını təsdiqləyiblər. Bundan sonra Tramp administrasiyası Ukraynanın peyk görüntülərinə çıxışını da məhdudlaşdırıb.

Peyk görüntülərini təqdim edən "Maxar" şirkəti isə qərarın onların fəaliyyətinə birbaşa təsir etdiyini bildirib.