BAKI, 9 mart. TELEQRAF

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynanın 88 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, martın 8-i saat 20:00-dan martın 9-u saat 07:00-a qədər Belqorodda 52, Lipetskdə 13, Rostovda 9, Voronejdə 8, Astraxanda 3,Krasnodar, Ryazan və Kurskda 1 PUA vurulub.