BAKI, 8 mart. TELEQRAF

Bolqarıstan millətçisi və Dirçəliş Partiyasından olan millət vəkili Angel Georgiyev qalmaqllı iddia ilə çıxış edib.

Teleqraf Rusiya saytlarına istinadən xəbər verir ki, bolqar siyasətçi Ukraynanın Odessa vilayətinə daxil olan Cənubi Bessarabiyanın Bolqarıstana birləşdirilməsinin zəruriliyini bəyan edib.

A.Georgiyev bu barədə Belqradda keçirilən “Ukraynada sülh prosesi: milli icmaların hüquqları və rolu” adlı beynəlxalq konfransda bildirib.

O deyib: “Ukrayna ordusu bolqarları sıxışdırırdı, insanlar evlərinin zirzəmilərində yaşayırdılar, məktəblərdə bolqar dilinin öyrənilməsi qadağan edilmişdi".

Georgiyevin sözlərinə görə, 2014-cü ildə Odessada bir bolqar vəhşicəsinə yandırılıb. Həmçinin guya Ukraynada Bolqarıstanın mədəniyyət mərkəzləri və bolqar abidələri təhqir olunub, sadə bolqar sakinlərinin üzərinə boya atılıb və onları zibil qablarına atıblar.

Xatıladaq ki, bundan əvvəl də Bolqarıstanda Ukraynaya qarşı Cənubi Besasarabiya ilə bağlı ilə iddialar qaldırılıb.