
BAKI, 8 mart. TELEQRAF
Martın 6-da Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində qəbul edilən Avropanın yenidən silahlanması planı Almaniyanın İkinci Dünya müharibəsindən sonra qitədə ən böyük ordu yaratmasına gətirib çıxaracaq.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət və Sənaye Palatasında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.
O qeyd edib ki, ittifaqın 27 üzvünün təsdiq etdiyi plan 800 milyard avro dəyərində paketin formalaşdırılmasını nəzərdə tutur ki, bu da Aİ ölkələrinin müdafiəsinin gücləndirilməsi, silahlı qüvvələrinin təkmilləşdirilməsi və hərbi sənayesinin inkişafına yönəlib. Buna görə, Alman ordusu Avropanın ən böyük ordusu olacaq.
Orban deyib. "Biz İkinci Dünya müharibəsindən bəri belə bir şey görməmişik. Böyük sual Rusiya və Amerikanın buna necə reaksiya verəcəyidir".
Qeyd edək ki, hazırda Fransa Avropanın ən böyük ordusuna malikdir. Növbəti yerlərdə Almaniya, İtaliya və Böyük Britaniya gəlir.