BAKI, 7 mart. TELEQRAF

Fevralda Rusiyanın qızıl ehtiyatlarının dəyəri rekord həddə - 217,4 milyard dollara çatıb və qiymətli metalların ümumi ehtiyatlardakı payı XX əsrdən bəri ilk dəfə üçdə bir hissəsini keçib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, ölkənin ehtiyatlarında qızılın payı 34,4 faiz təşkil edib ki, bu da 1999-cu ilin oktyabrından bəri ən yüksək göstəricidir. O zaman onun dəyəri (4,7 milyard dollar) indikindən təxminən 50 dəfə az olsa da, 39,7 faiz idi.

Ümumilikdə, daxili beynəlxalq ehtiyatlar martın 1-nə bir ay ərzində 1,9 faiz artaraq, 620,8 milyard dollardan 632,4 milyard dollara yüksəlib.