BAKI, 7 mart. TELEQRAF

Türkiyə Avropa İttifaqına (Aİ) tam üzvlük məqsədini saxlayır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyənin Avropanın iqtisadi təhlükəsizliyi və müdafiəsi üçün nə qədər kritik olduğu nümayiş etdirilib. İnanırıq ki, Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmaq qarşılıqlı maraqlarımızda olacaq. Ukraynanı yenidən qurmaq və dirçəltmək məqsədi daşıyan Avropa Sülh Mexanizmi kimi mexanizmlərdə iştirak etməyimiz vacibdir.

Tam üzvlük məqsədimizi saxlayırıq. Avropa İttifaqının strateji və uzaqgörən münasibət bəsləməsini və üzvlük danışıqlarımızı canlandırmasını gözləyirik”, - dövlət başçısı bildirib.

Türkiyə prezidenti əlavə edib:

“Avropa İttifaqının bu mövqeyə düzəliş etməsi ümumi maraqlarımıza uyğundur. Unutmayaq ki, Avropanın təhlükəsizliyi təkcə ittifaqa üzv dövlətlərin məsələsi deyil”.