BAKI, 7 mart. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Yəmən husilərini silahlandırmasına ciddi reaksiya verməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı nümayəndəsi Doroti Şi deyib.
O bildirib ki, Tehran hökumətinin Təhlükəsiz Şurasının qətnamələrini kobud şəkildə pozur.
"Trampın milli təhlükəsizlik haqqında sərəncamına əsasən, Vaşinqton maksimum təzyiq siyasətinin bərpası çərçivəsində Tehranın Husi terrorizminə dəstəyini dayandırmaq üçün fəaliyyətə başlayacaq", - səfir xəbərdarlıq edib.