
BAKI, 6 mart. TELEQRAF
Rusiya və ABŞ Ukraynanı təslim olmağa məcbur edəcəkləri alqoritm üzərində razılaşıb.
Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Xara deyib.
“Məqsəd yaxınlaşma, ABŞ və Rusiya arasında münasibətlərin yenidən qurulmasıdır. Amma amerikalılar boş yerə Rusiyanı Çindən uzaqlaşacağına ümid edirlər”, - ekspert bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün Ukraynada qısa və ya ortamüddətli atəşkəsdən istifadə etmək istəyir:
“Əslində anlayırlar ki, Putin pis durumdadır, onu xilas etmək istəyirlər. Ümid edirlər ki, o, minnətdarlıq hissi ilə Çindən uzaqlaşacaq və Yaxın Şərqdə İranı cilovlamaq və İsrailin təhlükəsizliyini təmin etmək üçün onlara kömək edəcək. Bunlar boş ümidlərdir”.
Xara əlavə edib ki, ona tabe olmadığı üçün ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaqla, Kiyevi cəzalandırmağa çalışır:
“Burada Zelenskinin günahı yoxdur. Təzyiq artmağa davam edəcək, ona görə də qarşıda bizi çox çətin günlər gözləyir”.