BAKI, 6 mart. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsini Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Fransa Prezidenti Emmanuel Makrona cavab verib.

Teleqraf xəbər verir ki, o, Fransa prezidentini "Mikron" adlandırıb.

"Mikron özü heç bir təhlükə yaratmır. Ən geci 14 may 2027-ci ildə əbədi olaraq yoxa çıxacaq və heç kim onun üçün darıxmayacaq", - Medvedev bildirib.