
BAKI, 18 fevral. TELEQRAF
Rusiya və ABŞ üçmərhələli sülh planı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bu plana atəşkəsin elan edilməsi, Ukraynada seçkilərin keçirilməsi və sonra yekun razılaşmanın imzalanması daxildir”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.