BAKI, 18 fevral. TELEQRAF

Rusiya və ABŞ nümayəndə heyətləri görüş zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı öz prinsipal mövqelərini açıqlayıblar və razılaşıblar ki, bu mövzuda ayrı-ayrı dialoq qrupları təmasda olacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Müzakirə apardıq, öz prinsipal yanaşmalarımızı açıqladıq və razılaşdıq ki, bu mövzu üzrə ayrı-ayrı dialoq qrupları müəyyən vaxtlarda təmasda olsunlar. Hər ikitərəf öz nümayəndələrini təyin edəcək”, - o qeyd edib.