BAKI, 18 fevral. TELEQRAF

Ər-Riyadda Rusiya-ABŞ danışıqları yaxşı keçdi, tərəflər bütün məsələlərlə bağlı ciddi müzakirə apardılar.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanında keçirilən görüşün yekunları üzrə deyib.

Rəsmi iki nümayəndə heyəti arasında danışıqların necə keçdiyi ilə bağlı sualına “Pis deyil” cavabını verib: “Toxunmaq istədiyimiz bütün məsələlərlə bağlı çox ciddi müzakirə aparılıb”.

Onun sözlərinə görə, Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb: “Razılaşdıq ki, bir-birimizin maraqlarını nəzərə alacağıq. Bundan əlavə, Rusiya və ABŞ-nin mövqelərinin yaxınlaşmasından söhbət gedir, amma hələlik bunun baş verdiyini söyləmək çətindir. Bu barədə də söhbət oldu”.