BAKI, 18 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskini Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.

Teleqraf xəbər verir ki, qarşılanma mərasimindən sonra prezidentlər arasında görüş başlayıb.

Görüşdən sonra Ərdoğan və Zelenski daha sonra işçi naharda bir araya gələcək nümayəndə heyətlərinin görüşünə rəhbərlik edəcək.

Danışıqlar başa çatdıqdan sonra müxtəlif sahələrdə sazişlər imzalanacaq.

Prezidentlər birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər.