
BAKI, 18 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada ölkəsinin yeni səfirliyinin binasının açılışını edib.
Teleqraf xəbər verir ki, prezident açılış mərasimində çıxış edib.
Mərasimdəki çıxışında sülh və təhlükəsizlik təminatlarını vurğulayan Zelenski Ukrayna-Rusiya müharibəsində göstərdiyi diplomatik səylərə görə Türkiyəyə təşəkkür edib.