
BAKI, 17 fevral. TELEQRAF
Almaniya Ukraynaya yeni hərbi yardım paketini təhvil verib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bura 56 ədəd zirehli texnika, raketlər, hücum təyyarəsi və digər silahlar daxildir.
Yeni paketdə “Leopard 1” tankları və “Marder” piyada döyüş maşınları üçün döyüş sursatı da daxildir.
Berlin həmçinin Kiyevə ehtiyat hissələri ilə birlikdə kəşfiyyat təyyarələri, atıcı silahlar, yun örtüklər və sarğılar təhvil verib.