BAKI, 17 fevral. TELEQRAF
ABŞ maliyyə naziri Skott Bessent Kiyevə son səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Vaşiqtonun ölkənin mineral resurslarına giriş imkanı əldə etməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Nəşrin məlumata görə, Zelenski Bessent ilə Ukraynaya maliyyə dəstəyi göstərilməsinin davam etdirilməsi barədə danışmağı ümid edib, lakin bunun əvəzinə ona memorandum təqdim olunub.
“Təklifdə ölkəsinin mineral ehtiyatlarının tam şəkildə ABŞ-yə verilməsi tələb olunub. Zelenskiyə bu təklifi qəbul etmək üçün bir saat vaxt verilib”,- məlumatda deyilir.