BAKI, 17 fevral. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalistin Ukrayna böhranının həlli zamanı ərazi güzəştlərinin mümkünlüyü ilə bağlı sualına ritorik cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sizin istəyinizə görə, danışıqlar zamanı belə bir fikir ortaya çıxsın ki, nəyisə güzəştə getmək lazımdır. Bəs güzəşt necə olsun: insanlarla birlikdə, ruslarla birlikdə, yoxsa insanlarsız, təkcə nadir metallar qalsın?” - o qeyd edib.