BAKI, 17 fevral. TELEQRAF

Əgər İsrail İordan çayının Qərb sahilini birləşdirməyə çalışarsa, Fələstin mövcudluğunu itirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNRWA) rəhbəri Filipe Lazzarini bildirib.

"Fələstin tamamilə öz mövcudluğunu itirə bilər. İordan çayının Qərb sahilinin ilhaqı riski var. Bu ərazilər “Böyük İsrail”in bir hissəsi ola bilər", - o qeyd edib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün siyasi prosesə bağlı öhdəlikləri ikiqat artırmaq lazımdır.

"Hazırda fələstinlilərin gələcəyi son dərəcə qeyri-müəyyəndir, çünki hələ də Qəzza zolağında atəşkəs rejiminin davam edib-etməyəcəyi, ərazinin bərpası və gələcək idarəçiliyi necə olacağı bilinmir", - o vurğulayıb.