BAKI, 17 fevral. TELEQRAF

Moldova Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın iki pilotsuz təyyarəsi tərəfindən Ukrayna ilə sərhəddə hava məkanının növbəti dəfə pozulması faktını qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Moldova hökumətinin sözçüsü Daniel Vode məlumat verib.

Onun sözlərinə görə, hava sərhədi Ukraynanın Odessa vilayəti istiqamətində pozulub.

Vode qeyd edib ki, hər iki pilotsuz təyyarə hava məkanını Moldova-Ukrayna sərhədində yerləşən Tarakliya şəhəri yaxınlığında tərk edib.

Qeyd edək ki, Rusiyanın pilotsuz təyyarələri son zamanlar Moldovanın hava məkanını davamlı olaraq pozur. Rəsmi Kişinyov baş verənlərə sərt təpki verib.

Ötən həftə də Rusiyanın iki döyüş pilotsuz təyyarəsi Moldova ərazisinə daxil olub və Ukrayna sərhədinə yaxın ərazidə qəzaya uğrayıb, biri partlayıb.