BAKI, 16 fevral. TELEQRAF

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad X sosial şəbəkəsində Aİ ölkələrini təhlükəsizlikləri üçün məsuliyyət daşımağa çağırıb.

Teleqraf xəbər verir ki, o, Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın bəyanatlarından nəricə çıxarmağın vacibliyinə toxunub: "Avropanın təhlükəsizlik sahəsində Amerikanın qəyyumluğundan imtina etməlidir. Heç kim Avropaya demokratiya dərsi verə bilməz, hətta ABŞ belə. Ukraynanı təslim olmaqdan xilas etmək bizim ilk sınağımız olacaq. Aİ Ukraynanın kapitulyasiyasının qarşısını almalıdır".

Fevralın 15-də Münxen konfransında Volodimir Zelenski Aİ ölkələrini “Avropa silahlı qüvvələri” yaratmağa çağırıb .