BAKI, 21 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı hər il azərbaycanlı tələbələrə "Səudiyyə Ərəbistanında oxu" (Study in Saudi Arabia) proqramı çərçivəsində 121 təqaüd təqdim edir.
Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.
Səfir qeyd edib ki, proqram vasitəsilə azərbaycanlı tələbələr Səudiyyə Ərəbistanında istədikləri ixtisas üzrə təhsil ala bilərlər: "Müraciətlər onlayn şəkildə həyata keçirilir və təhsil xərcləri Səudiyyə Ərəbistanı tərəfindən qarşılanır".
İssam bin Saleh əl-Cuteyli həmçinin 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində Səudiyyə Ərəbistanı Krallığının stendinin ziyarətçilər tərəfindən böyük maraqla qarşılandığını və ən çox diqqət çəkən stendlərindən biri olduğunu söyləyib.
Diplomat bildirib ki, stend ölkənin milli kimliyini əks etdirir və bir sıra təşkilatların iştirakı ilə təqdim olunur.
"Burada çoxlu maraqlı kitablar, eyni zamanda azərbaycanlı tələbələr üçün təhsil imkanlarının təşviqinə dəstək verən Səudiyyənin Türkiyədəki mədəniyyət nümayəndəliyinin fəaliyyəti haqqında məlumat lartəqdim olunur. Bunun da sərgi ziyarətçiləri üçün faydalı olacağına əminəm", - o vurğulayıb.