BAKI, 21 oktyabr. TELEQRAF

“Bu, sənədlə təsbit olunub. ABŞ hökumətinin imzası və öhdəliyi var ki, TRIPP-in inkişafı üzrə şirkət daim ABŞ hökumətinə məxsus olmalıdır və özgəninkiləşdirilə və ya hər hansı üçüncü tərəfin iştirakı ilə bağlı qərar verilə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, ABŞ TRIPP Şirkəti vasitəsilə Ermənistanda yaradılacaq şirkətin səhmlərinin 74 faizinə sahib olacaq.

Nazirin sözlərinə görə, Ermənistan səhmlərin 26 faizinə sahib olacaq və bu tənzimləmə 49 il müddətində qüvvədə qalacaq.

“Tərəflər hüquqi münasibətlərini və layihənin fəaliyyət müddətini uzada bilərlər. Bu halda avtomatik olaraq, Ermənistan tərəfindən hər hansı əlavə müdaxilə olmadan bizim payımız 49 faizə, ABŞ-yə məxsus pay isə 51 faizə çatacaq”, - Mirzoyan əlavə edib.