BAKI, 7 oktyabr. TELEQRAF

“Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələr arasında fikir ayrılıqları yoxdur və onlar mübahisəli məsələlər üzrə həll yolları tapırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının Türkmənistanda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Burada məhz fikir ayrılıqlarının mövcud olduğunu söyləməzdim”, - nazir bildirib.

Lavrov vurğulayıb ki, MDB çərçivəsində ayrı-ayrı ölkələrin milli maraqlarının özünəməxsus xüsusiyyətləri var və bu maraqlar arasında balans əldə etmək diplomatik mədəniyyəti də mövcuddur:

“Bu gün xarici işlər nazirlərinin iclasında məhz bununla məşğul olduq. Üst-üstə düşməyən baxışlar vardı, amma gündəliyə çıxarılan bütün məsələlər üzrə razılığa gəldik”.