BAKI, 9 oktyabr. TELEQRAF

"Əgər süni intellekt hüquqi riskləri insan vəkilindən daha yaxşı müəyyən edə bilirsə, biz mütləq bundan istifadə etməliyik".

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyası Hüquq və Korporativ İdarəetmə Direktoru İlham Hüseynov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı "EYBA Autumn Conference 2026" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, texnologiyaya etibar etməliyik, amma insan məsuliyyətindən imtina etməməliyik.

"Al minlərlə sənədi təhlil edə və potensial problemləri müəyyən edə bilər. Lakin biznes kontekstini, şirkət dəyərlərini və ya qərarın daha geniş nəticələrini tam başa düşməyə bilər. İnsan mühakiməsi burada vacib olaraq qalır. Süni intellekt insan mühakiməsini təkmilləşdirməlidir, əvəz etməməlidir. Al nə qədər güclü olarsa, son qərara kimin cavabdeh olduğunu müəyyən etmək bir o qədər vacibdir", - o vurğulayıb.