BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, o, dövlət çevrilişinə cəhddə təqsirli bilinərək həbs edilib.