BAKI, 9 oktyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu və Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətini, Bakı Regional Mərkəzi və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.