BAKI, 7 oktyabr. TELEQRAF

Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Aşqabadda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat verib.

Həmsöhbətlər görüşdə Türkmənistan və Rusiya arasında münasibətlərin müxtəlif sahələrdə ahəngdar şəkildə inkişaf etdiyini bildiriblər.

Təhsil və elm sahələrində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdığı vurğulanıb.