BAKI, 6 oktyabr. TELEQRAF
Çin Tayvana Amerika istehsalı olan "F-16V" qırıcılarının tədarükünə qarşı çıxır.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlumata görə, ABŞ-dən alınmış 66 ədəd "F-16V Block 70" qırıcı təyyarəsindən ilk ikisi artıq Tayvana çatıb və adanın cənub-şərqindəki hərbi bazaya eniş edib.
Çin tərəfi isə bu silah satışını qətiyyətlə pisləyib:
"Çinin ABŞ-nin Tayvan bölgəsinə silah satmasına qəti şəkildə qarşı çıxan mövqeyi ardıcıl və aydındır".