BAKI, 6 oktyabr. TELEQRAF
Qırğızıstanda dövlət sərhədinin nişanlanması üçün yeni qaydalar təsdiqlənib.
Teleqraf xəbər verir ki, müvafiq qərarı ölkənin Nazirlər Kabineti qəbul edib.
Sənəd ölkənin dövlət sərhədində sərhəd nişanlarının quraşdırılması və rəsmiləşdirilməsi üçün vahid qaydaların tətbiqini nəzərdə tutur. Bununla yanaşı, əvvəllər quraşdırılmış nişanların yeni tələblərə uyğunlaşdırılması tələb olunmayacaq.
Qırğızıstan Dövlət Sərhəd Xidmətinə və Torpaq Resursları, Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə öz qərarlarını yeni qaydalara uyğunlaşdırmaq tapşırılıb.
Həmçinin Qırğızıstan Respublikasının sərhəd nişanları haqqında 17 iyul 2000-ci il tarixli, 419 nömrəli hökumət qərarı qüvvədən düşmüş hesab edilir.