BAKI, 5 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmon ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, V.Putin Tacikistan liderini ad günü münasibətilə təbrik edib. Bundan başqa, tərəflər iki ölkə arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində qarşılıqlı əzmli olduqlarını təsdiqləyiblər.