BAKI, 5 oktyabr. TELEQRAF
Aytkurman Omarbekov Qazaxıstan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat verib.
“Dövlət başçısının sərəncamı ilə Aytkurman Jolamanoviç Omarbekov Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib və əvvəlki vəzifəsindən azad olunub”, məlumatda bildirilib.
Qeyd edək ki, o, bu postda oktyabrın 3-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən azad edilən Kanış Abubakirovu əvəzləyib.