BAKI, 4 oktyabr. TELEQRAF
Oman Sultanı Heytəm bin Tariq Al Səid oktyabrın 5-6-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfəri edəcək.
Teleqraf “Akorda”ya istinadən xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.
Danışıqlar zamanı siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni-humanitar əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Kasım-Jomart Tokayev və Heytəm bin Tariq Al Səid, həmçinin Qazaxıstan-Oman biznes forumunda iştirak edəcəklər.