BAKI, 3 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı hərbi rütbəsi verib.
Teleqraf xəbər verir ki, bu barədə Çeçenistan mediası məlumat yayıb.
“Rusiya Prezidentinin fərmanı ilə Rusiya Federasiyası Qəhrəmanı general-polkovnik Ramzan Kadırova ordu generalı rütbəsi verilib. Həmçinin ordu generalı Ramzan Kadırova qırmızı beret təqdim olunub”, - məlumatda bildirilib.
Çeçenistan liderinə yeni rütbəsini və qırmızı bereti Rusiya Milli Qvardiyasının (Rosqvardiya) rəisi Viktor Zolotov təqdim edib.
Müasir Rusiya hərbi rütbələri sistemində bu, marşaldan sonra ikinci ən yüksək hərbi rütbədir. Bu rütbə silahlı qüvvələrin bütün növlərinin və xüsusi təyinatlı qoşunların hərbi qulluqçularına verilə bilər.