BAKI, 3 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust ayları arasında Özbəkistan 2,8 milyard dollar dəyərində qeyri-monetar qızıl ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.

Qızıl ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz azalıb. Ötən ilin ilk 8 ayında Özbəkistan 8,3 milyard dollar dəyərində qızıl ixrac edib.

Ölkənin ümumi ixracında qızılın payı da azalıb. Bir il əvvəl bu göstərici 35,2 faiz idisə, bu ilin yanvar-avqust aylarında 12,3 faizə düşüb.

2025-ci ilin yanvar-avqust aylarında vəziyyət tam əksinə olub: qeyri-monetar qızıl ixracı 2024-cü ilin ilk səkkiz ayı ilə müqayisədə 66,9 faiz artıb.