BAKI, 2 oktyabr. TELEQRAF

Tacikistan parlamentinin aşağı palatasının deputatları Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Statusunun ləğvi ilə bağlı qərar qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qərar layihəsi parlamentə sentyabrın 16-da daxil olub.

Duşanbənin bu addımı atmasının mümkün səbəbi 2025-ci ildə Avropa İttifaqının Tacikistan hakimiyyətini Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair BCM-in orderini icra etməməkdə ittiham etməsi olub.