BAKI, 28 sentyabr. TELEQRAF
Qazaxıstanda "Starlink Mobile" peyk mobil rabitəsi istifadəyə verilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Direct to Cell" texnologiyası yerüstü mobil şəbəkənin olmadığı yerlərdə mesaj göndərməyə və əsas internet xidmətlərindən istifadə etməyə imkan verir.
Bunun üçün xüsusi peyk telefonu və ya antena tələb olunmur. Hələlik bu rabitədən yalnız uyğun gələn "Android" smartfonlarında istifadə etmək mümkündür.
Qeyd edək ki, Qazaxıstanda "Starlink Mobile"ın işə salınması ilə bağlı razılıq Kasım-Jomart Tokayevin 2025-ci ilin payızında ABŞ-yə səfəri zamanı əldə olunub.