BAKI, 11 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Özbəkistan lideri Paşinyanı yenidən Ermənistan baş naziri seçilməsi münasibətilə təbrik edib.
Həmsöhbətlər Ermənistan-Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi və ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər. Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb.
Həmçinin regional proseslər, o cümlədən kommunikasiyaların açılması üçün görülən işlər barədə fikir mübadiləsi aparılıb.