BAKI, 27 avqust. TELEQRAF
Rusiyanın Ulyanovsk vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus dron vurulub.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkix məlumat verib.
“Region ərazisi üzərində hava hücumundan müdafiə qüvvələrinin növbətçi vasitələri tərəfindən düşmənin pilotsuz uçuş aparatı aşkarlanaraq məhv edilib”, - qubernator bildirib.
İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb, əmlaka ziyan dəyməyib.
Ukrayna avqustun 20-də də Ulyanovska hücum etmişdi. Bölgə Ukraynadan 800 kilometr məsafədə yerləşir.